Kazemiro: "1:5 hesabı bu mövsüm "Real"da nələrin baş verdiyini göstərir"

29-10-2018, 07:51           
Kazemiro: "1:5 hesabı bu mövsüm "Real"da nələrin baş verdiyini göstərir"
Madridin "Real" klubunun yarımmüdafiəçisi Kazemiro futbol üzrə İspaniya çempionatının 10-cu tur matçında "Barselona"ya 1:5 hesablı məğlubiyyətə münasibət bildirib.

“Report” xəbər verir ki, futbolçu bu mövsümü Madrid komandası üçün faciəvi adlandırıb və qeyd edib ki, komanda baş verənlərdə yeni baş məşqçi Xulen Lopeteqini günahlandıra bilməz.

"Məsələ təkcə əhval-ruhiyyə və taktikada deyil, hər şeydədir. Futbolçular daha çox qaçmalı və mübarizə aparmalıdırlar. 1:5 hesabı bu fəlakətli mövsümdə bizimlə nələrin baş verdiyini əks etdirir. Biz hamımız çox pis oynayırıq. Kifayət qədər yaxşı deyilik və bunda məşqçini günahlandıra bilmərik, axı meydana biz futbolçular çıxırıq", - deyə "Marca" qəzeti futbolçunun sözlərini sitat gətirib.

Bundan əvvəl "Barselona" "El klasiko"da "Real"ı darmadağın edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru