Luis Suares: "Barselona" Messisiz də əla komanda olduğunu göstərdi"

29-10-2018, 07:55           
Luis Suares: "Barselona" Messisiz də əla komanda olduğunu göstərdi"
Kataloniyanın "Barselona" klubunun forvardı Luis Suares futbol üzrə İspaniya çempionatının 10-cu tur matçında "Real" üzərində qazanılan 5:1 hesablı qələbəyə münasibət bildirib.

“Report” xəbər verir ki, 31 yaşlı uruqvaylı həmin oyunda het-trik edib.

"İkinci yarıda "Real" vəziyyəti düzəltmək istədi, məqamlar yaratmağa başladı və qol vurdu. Rəqib hücumlarını davam etdirdi, amma biz yaxşı iş gördük. Boş zonalardan istifadə edə bildik.

Əlbəttə ki, Lionel Messi bizimlə oynadığı zaman daha yaxşıdır, o, dünyanın ən yaxşı futbolçusudur. Lakin biz bir komanda kimi öz oyunumuzla fəxr etməliyik. Göstərdik ki, yaxşı məşqçi ilə Messisiz də əla komandayıq", - deyə "Marca" qəzti Suaresin sözlərini sitat gətirib.

Bundan əvvəl "Barselona" "El klasiko"da "Real"ı darmadağın edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru