"Tottenhem" öz meydanında "Mançester Siti"yə məğlub olub

30-10-2018, 07:29           
"Tottenhem" öz meydanında "Mançester Siti"yə məğlub olub
Futbol üzrə İngiltərə Premyer Liqasının 10-cu turunda "Tottenhem Hotspur" "Mançester Siti"ni qəbul edib.

“Report” xəbər verir ki, Londonun "Uembli" stadionunda keçirilən görüş 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Matçda yeganə qolun müəllifi 6-cı dəqiqədə hücumçu Riyad Marez olub. Beləliklə Hosep Qvardiolanın yetirmələri "Tottenhem"in İngiltərə çempionatında davam edən 4 oyunluq məğlubiyyətsizlik seriyasını qırıb.

"Tottenhem" hazırda aktivində 21 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb, "Mançester Siti" isə 26 xalla 1-ci pilləyə yüksəlib.

İngiltərə Premyer Liqası, 10-cu tur

"Tottenhem Hotspur" – "Mançester Siti" - 0:1

Qol: 0:1 – Marez – 6

Bundan əvvəl "Real Madrid" klubu baş məşqçisini istefaya göndərib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru