Ronaldu "İnstagram"da abunəçilərinin sayına görə birinci yerə yüksəlib

30-10-2018, 07:30           
Ronaldu "İnstagram"da abunəçilərinin sayına görə birinci yerə yüksəlib
"Yuventus" klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldu "İnstagram"da ən məşhur şəxs olub.

“Report” xəbər verir ki, mütəzəm olaraq öz səhifəsinə postlar yerləşdirən futbolçunun "İnstagram" abunəçilərinin sayı 144 milyon 200 min nəfəri ötüb.

Ronaldu bu göstəriciyə görə, əvvəlki lider – hazırda 144 milyon abunəçisi olan amerikalı müğənni və aktrisa Selena Qomesi geridə qoyub.

Ronaldu beşqat "Qızıl top" sahibi və beşqat Çempionlar Liqası qalibidir, o həmçinin Avropa çempionudur. O, ötən yay 117 milyon avroya Madrid "Real"ından Turin "Yuventus"una keçib.

Cari mövsümdə futbolçu İtaliya komandasının heyətində bütün turnirlərdə keçirdiyi 12 oyuna 7 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bundan əvvəl Ronaldunun dublu "Yuventus"a ölkə çempionatında qələbə qazandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru