Azərbaycan Premyer Liqasının VII turunda təxirə salınmış oyun keçiriləcək

31-10-2018, 07:43           
Azərbaycan Premyer Liqasının VII turunda təxirə salınmış oyun keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda təxirə salınmış oyun keçiriləcək.

"Report" xəbər verir ki, "Keşlə" doğma meydanda "Qarabağ"la münasibətlərə aydınlıq gətirəcək. Bu, "Keşlə"nin yeni baş məşqçisi Tərlan Əhmədovun rəhbərliyi altında ilk oyunu olacaq.

Komandalar indiyədək Azərbaycan çempionatları tarixində 55 dəfə üz-üzə gəliblər. Bunların 13-də paytaxt təmsilçisi, 24-də isə Ağdam klubu meydanı 3 xalla tərk edib. 18 qarşılaşmada qalib müəyyənləşməyib.Topların fərqində də "Qarabağ" öndədir - 61:36.

Qonaqlar rəqibinə qarşı keçirdiyi son iki çempionat oyununda qələbə qazana bilməyib. "Qarabağ" həmçinin bütün turnirlər daxil olmaqla, dörd oyundur meydanı məğlub tərk edir.

31 oktyabr (çərşənbə)

19:00. “Keşlə” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Mahir Məmmədov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
“ASK Arena”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru