Messinin adına mükafat təsis edilir - Adı əbədiləşdirilir

31-10-2018, 08:31           
Messinin adına mükafat təsis edilir - Adı əbədiləşdirilir
İspaniya çempionatında yeni mükafat təsis olunacaq.

Qol.az-ın yaydığı xəbərə görə, qarşıdakı illərdə mövsümün ən yaxşı futbolçusuna Lionel Messi Kuboku təqdim oluna bilər. Bu barədə La Liqanın prezidenti Xavier Tebas məlumat verib. Argentinalını dünyanın ən yaxşısı hesab edən və ideyanı dəstəkləyən futbol funksioneri "Barselona"lı superulduzun adını əbədiləşdirmək üçün gələcəkdə bu addımı ata biləcəklərini istisna etməyib.

Qeyd edək ki, mövsümün ən yaxşı hücumçusu üçün isə İspaniya millisinin əfsanəvi forvardı Telmo Sarranın adını daşıyan mükafat nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru