Məşhur futbolçudan arvadına 2 milyonluq doğuş hədiyyəsi FOTO

2-11-2018, 12:10           
Məşhur futbolçudan arvadına 2 milyonluq doğuş hədiyyəsi FOTO
O, "Mercedes"in yeni zirehli modelini sifariş verib

Məşhur türk futbolçu həyat yoldaşına möhtəşəm doğuş hədiyyəsi edib. İstiPress-in məlumatına görə, Arda Turan oğlu Həmzə Ardanı dünyaya gətirən Aslıhana bahalı maşın alıb. Həm də zirehli.

Son günlər müğənni Berkay ilə davası ilə gündəmə gələn futbolçu ilk övladını ona hədiyyə edən həyat yoldaşı üçün sərvət xərcləyib. A.Turan "Mercedes"in ən son modellərindən olan "G500" sifariş verib. Maşının qiyməti isə nə az, nə çox, düz 2 milyon (təqribən 370 min dollar) lirədir.

Son zamanlar aqresiv davranışları ilə diqqət çəkən Arda ailəsinin təhlükəsizliyini zirehli maşın ilə təmin etmək qərarına gəlib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.