Türkiyə Super Liqası: “Qalatasaray”-“Fənərbaxça” oyununda qalib müəyyənləşməyib

3-11-2018, 07:53           
Türkiyə Super Liqası: “Qalatasaray”-“Fənərbaxça” oyununda qalib müəyyənləşməyib
Türkiyə Super Liqasında XI tura start verilib.

"Report"un məlumatına görə, açılış matçında İstanbul təmsilçiləri “Qalatasaray” və “Fənərbaxça” komandaları qarşılaşıb. Matç 2:2 (Donk, 31, Linnes, 49 - Valbuena, 66, Jailson, 72) hesablı bərabərliklə başa çatıb.

"Sarı-qırmızılar" matçda rəqibi 2 top fərqi ilə üstələsələr də, üstünlüyü sona qədər qoruya bilməyiblər.

Bu matçdan sonra “Qalatasaray” hesabındakı xalların sayını 20-yə çatdırıb və turnir cədvəlində ikinci sırada qərarlaşıb.

"“Fənərbaxça” isə 10 oyundan sonra cəmi 10 xal toplaya bilib. “Sarı-lacivərdlilər” hazırda turnir cədvəlində 15-ci pillədə yer alıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru