“Traktorsazi” 3-cü pilləyə yüksəldi

3-11-2018, 08:14           
“Traktorsazi” 3-cü pilləyə yüksəldi
Futbol üzrə İran çempionatında 11-ci turun oyunları keçirilir.

Publika.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “Peykan”la qarşılaşıb. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı “traktorçular” bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Təbrizin digər təmsilçisi - “Maşinsazi” isə sabah doğma meydanda “İstiqlal”la münasibətlərinə aydınlıq gətirəcək.

Bu gün qazandığı qələbədən sonra “Traktorsazi” xalını 19-a çatdırıb və 3-cü pilləyə yüksəlib. “Maşinsazi” isə 10 xalla 10-cu pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru