“Neftçi” "Keşlə"ni məğlub edib liderliyini davam etdirdi

3-11-2018, 20:58           
“Neftçi” "Keşlə"ni məğlub edib liderliyini davam etdirdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.

Unikal.org xəbər verir ki, turun açılış matçında "Keşlə” "ASK Arena”da "Neftçi”ni qəbul edib.

Qarşılaşma "Neftçi”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu ikinci dəqiqədə Mirabdulla Abbasov vurub.

Bu nəticədən sonra "Neftçi” 25 xalla liderliyini davam etdirir. "Keşlə” isə 6 xalla 7-ci yerdədir.

Günün digər matçında "Qarabağ” "Sumqayıt”la qarşılaşacaq. Tura sabah keçiriləcək "Qəbələ” – "Sabah” və "Zirə - "Səbail” matçları ilə yekun vurulacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru