UFC çempionu Həbib Nurməhəmmədov Instagram vasitəsi ilə amerikalı boksçu Floyd Meyvezerə müraciət edib.
Teref.az oxu.az-a istinadən bildirir ki, Nurməhəmmədov özünün Instagram səhifəsində Floydun oktaqona daxil olduğunu əks etdirən görüntüləri yerləşdirib.
Rusiyalı idmançı "Floyd haradasan?" yazıb və #27vs50 heşteqi əlavə edib. Bu rəqəmlər iki idmançının qələbələrinin sayını əks etdirir.