Maradona bildirib ki, "Mançester Yunayted"in baş məşqçisi olmağa hazırdır

6-06-2019, 08:34           
Maradona bildirib ki, "Mançester Yunayted"in baş məşqçisi olmağa hazırdır
Bir zamanlar əfsanəyə çevrilmiş sabiq argentinalı futbolçu, hazırda isə məşqçilik fəaliyyəti ilə məşğul olan Dieqo Maradona bildirib ki, "Mançester Yunayted" futbol klubuna başçılıq etməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə "FourFourTwo" portalı bildirib.

"Əgər "Mançester Yunayted" baş məşqçiyə ehtiyac duyursa, onda mən onlara lazım olan şəxsəm. Onlar bütün dünyaya çoxlu futbol köynəyi satırlar, mən onlara qənimətlər əldə etmək üçün lazımam və bunu necə etməyi bilirəm", - deyə Maradona bildirib.

Qeyd edək ki, Maradona hazırda "Dorados" klubuna baş məşqçilik edir. Komanda Meksikanın ikinci liqasında çıxış edir.

Daha əvvəl Maradona baş məşqçisi olduğu "Dorados"un avtobusunu idarə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru