"Qalatasaray" və "Real" qələbəni əldən verdi, "Bavariya" darmadağın etdi Yenilənib

27-11-2019, 02:38           
"Qalatasaray" və "Real" qələbəni əldən verdi, "Bavariya" darmadağın etdi Yenilənib
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunarına start verilib.
“Yeni Sabah” xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 görüş baş tutub.

Azərbaycanda da xeyli sayda azarkeşi olan Türkiyənin “Qalatasaray” klubu bu dəfə doğma meydanda mübarizə aparıb. Qrupdan çıxmaq şansı qalmayan İstanbul təmsilçisi evdə “Brügge”ni sınağa çəkib. Meydan sahibləri oyunun uzun hissəsini üstünlüklə keçirsələr də əlavə olunmuş dəqiqələrdə qapılarında qol görərək 2 xal itiriblər.

Qrupunun digər matçında isə Madrid “Real”ı PSJ ilə üz-üzə gəlib. Madrid klubu Benzemanın vurduğu qollarla sona 10 dəqiqə qalmış 2:0 önə keçsə də, qonaqların 3 dəqiqəyə vurduğu iki qola mane ola bilməyib. Belədə matç bərabərliklə başa çatıb.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, 5-ci tur

26 noyabr

A qrupu

21:55. “Qalatasaray” (Türkiyə) – “Brügge” (Belçika) - 1:1

Qollar: A.Büyük, 11 - K.Diatta, 90

00:00. “Real” (Madrid, İspaniya) – PSJ (Fransa) - 2:2

Qollar: K.Benzema, 17, 79 - K.Mbappe, 81, P.Sarabia

B qrupu

00:00. “Srvena Zvezda” (Serbiya) – “Bavariya” (Almaniya) - 0:6

Qollar: L.Qoretska, 14, R.Levandovski, 53, 60, 64, 68, K.Tolisso, 89

00:00. “Tottenhem” (İngiltərə) – “Olimpiyakos” (Yunanıstan) - 4:2

Qollar: D.Alli, 45, H.Keyn, 50, 77, S.Auer, 73 - B.Arabi, 6, R.Semedo, 19

C qrupu

00:00. “Atalanta” (İtaliya) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:0

Qollar: L.Muriel, 27(pen.), A.Qomez, 47

00:00. “Mançester Siti” (İngiltərə) – “Şaxtyor” (Ukrayna) - 1:1

Qollar: İ.Güngoğan, 56 - M.Salamon, 69

D qrupu

21:55. “Lokomotiv” (Moskva, Rusiya) – “Bayer” (Leverkuzen, Almaniya) - 0:2

Qollar: R.Cəmaləddinov, 11(ö.q), S.Bender, 54

00:00. “Yuventus” (İtaliya) - “Atletiko” (İspaniya) - 0:0

Qol: P.Dibala, 45












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.