Azərbaycan voleybol millisi bu gün Bolqarıstanla qarşılaşacaq

9-01-2020, 07:58           
Azərbaycan voleybol millisi bu gün Bolqarıstanla qarşılaşacaq
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində bu gün növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, A qrupunda yer alan Vasif Talıbovun baş məşqçi olduğu kollektiv Bolqarıstanla üz-üzə gələcək. Bu, rəqibin qrupda son oyunu olacaq.

Bolqarıstan ilk turda Polşaya 1:3, II turda isə meydan sahibləri Niderlanda 0:3 hesabı ilə uduzub. Azərbaycan millisi isə hələlik bir oyuna çıxıb. Yanvarın 7-də Niderlandla qarşılaşma 0:3 hesablı məğlubiyyətlə yekunlaşıb.

Növbəti mərhələ şansını böyük ölçüdə itirmiş Bolqarıstana qalib gəlməklə, Talıbovun komandası yarımfinala vəsiqə iddiasını ortaya qoya bilər.

Qrupun digər görüşündə Niderland Polşaya qalib gəlsə, qrup lideri kimi yarımfinala çıxacaq.

Avropa Təsnifat Turniri

9 yanvar

19:00. Bolqarıstan - Azərbaycan

Apeldorn (Hollandiya), "Omnisport" salonu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru