FIDE reytinqi: Teymur Rəcəbov "10-luğ"a daxil olub

2-02-2020, 05:15           
FIDE reytinqi: Teymur Rəcəbov "10-luğ"a daxil olub
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yanvar ayı üçün reytinq siyahısını açıqlayıb.

"Report" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın iki təmsilçisi yer alıb.

2770 xala malik Şəhriyar Məmmədyarov 8-ci pillədə qalaraq reytinqdə öz yerini qoruya bilib.

Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 1 pillə irəliləyib. 2765 xalla malik Rəcəbov hazırda reytinq siyahısında 10-cudur.

Daha 4 pillə irəliləyən Nicat Abbasov (2670) 67-ci, 2 pillə irəliləyən Qədir Hüseynov (2666) isə 72-ci pillədə yer alıb.

Əvəzində ötən ay 2659 xalla 85-ci olan Rauf Məmmədov "100-lüy"ü tərk edib.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2862 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2842 xalla 2-ci, çinli Dinq Liren 2805 xalla 3-cüdür.

Qadınlardan Günay Məmmədzadə yenə 2455 xalla 28-ci pillədə qalıbsa, 2 pillə irəliləyən Gülnar Məmmədova 2386 xalla 75-ci, 1 pillə önə çıxan Ülviyyə Fətəliyeva 2377 xalla 86-cı pillədə yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru