Zidan Mourinyonu keçdi

2-02-2020, 18:33           
Zidan Mourinyonu keçdi
Zinəddin Zidan “Atletiko” ilə dünən keçirilən La Liqa matçında (1:0) “Real”ın baş məşqçisi kimi 129-cu qələbəsini qazanıb.

Axin.az klubun saytına istinadən xəbər verir ki, bu göstəriciyə görə, o, Joze Mourinyonu (128) geridə qoyub. İndi fransalı mütəxəssisdən çox “Real”da qələbə qazanan məşqçilər yalnız Visente de Boske (133) və Miqel Munyosdur (357).

Zidan baş məşqçi kimi “Kral klubu”nda 192 oyun keçirib, bunlardan 67,1 faizində qalib gəlib. Onun rəhbərliyi altında komanda hər oyunda orta hesabla 2,4 qol vurur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru