Ronaldo buna görə futbol tarixində 3-cü oldu

3-02-2020, 00:50           
Ronaldo buna görə futbol tarixində 3-cü oldu
İtaliya "Yuventus"unun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo futbol tarixində karyerasındakı qol sayında 3-cü yerə çıxıb.

Teref.az Report-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu buna A Seriyasının XXII turunda "Fiorentina" ilə görüşdə etdiyi "dubl" sayəsində nail olub.

Ronaldu klub və yığmadakı matçlarda bombardirlik göstəricisini 722 topa çatdırıb. O, 720 qola malik almaniyalı Herd Mülleri geridə qoyub.

Təcrübəli forvardı iki braziliyalı - Pele (767) və Romario (734) üstələyir. Ən yaxşı bombardirlər "altılığ"ına macarıstanlı Ferents Puşkaş (706) ilə "Barselona" və Argentina millisinin kapitanı Lionel Messi (705) də daxildir.

Qeyd edək ki, bu mövsüm Kristiano Ronaldo 26 oyunda 20 qol vurub və 3 məhsuldar ötürmə verib. "Fiorentina" ilə qarşılaşma "Yuventus"un böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru