“Barselona” 17 yaşlı oyunçusu sayəsində “Levante”yə qalib gəlib

3-02-2020, 08:30           
“Barselona” 17 yaşlı oyunçusu sayəsində “Levante”yə qalib gəlib
"Barselona" İspaniya çempionatının 22-ci turunun matçında "Levante”yə qalib gəlib.

“Report” xəbər verir ki, görüş Barselonada "Nou Kamp" stadionunda keçirilib və meydan sahiblərinin 2:1 hesabı ilə başa çatıb.

“Barselona” Ansu Fatinin dublu hesabına qələbəyə nail olub. 17 yaşlı futbolçu hesabı matçın 30-cu dəqiqəsində açıb, bundan 1 dəqiqə sonra hesab arasındakı fərqi 2:0-a çatdırıb.

Meydan sahibləri hər iki qolu Lionel Messinin məhsuldar ötürməsi ilə vurub. Matçın əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Ruben Roçin rəqibin qollarından birinin əvəzini çıxa bilib.

"Barselona" 22 matçda 46 xal toplayaraq İspaniya çempionatının yarış cədvəlində 2-ci yer tutur. "Levante" 26 xalla turnir cədvəlində 13-cü yerdə qərarlaşıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.