"Zenit"in futbolçuları kuboku sındırdılar - FOTO

26-07-2020, 09:09           
"Zenit"in futbolçuları kuboku sındırdılar - FOTO
Rusiya kubokunu qazanan “Zenit”in futbolçuları qələbəni qeyd edərkən kuryoz hadisə yaşanıb.
Qol.az xəbər verir ki, oyunçular kuboku başları üzərinə qaldırmaq istəyərkən onu yerə salıblar.
Kubok qazonun üstünə - yumşaq yerə düşsə də, xrustaldan hazırlandığı üçün sınıb.
Xatırladaq ki, bu mövsüm Premyer Liqanın da qalibi olan Sankt-Peterburq klubu kubokun finalında “Ximki”ni 1:0 udub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.