Belə 11 metrlik görməmişdik - YouTube-də rekord qıran zərbə VİDEO

19-01-2016, 22:11           
Belə 11 metrlik görməmişdik -  YouTube-də rekord qıran zərbə VİDEO
Rusiyanın “Zenit” klubunun futbolçusu Halkın penaltidən zərbəsi 48 saat ərzində YouTube-də milyondan artıq baxış toplayıb.

Show.az xəbər verir ki, video yanvarın 19-da Peterburq klubunun rəsmi saytında yerləşdirilib.

Halk “Zenit”in qapıçısı Yuri Lodıginin qoruduğu qapıya penaltini aldadıcı zərbə ilə yerinə yetirir. Video Qətərdə “Zenit”in təlim-məşq toplanışı zamanı çəkilib.

Braziliyalı hücumçu hazırkı movsümdə Rusiya çempionatındakı 16 oyunda 8 qol vurub və 11 qol ötürməsi edib. Halk Çempionlar Liqasında 3 qol vurub və 4 məhsuldar ötürməsi var.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.