Azərbaycan futbolunda oyun alqı-satqısı - ŞOK OLAY
21-01-2016, 01:14
Mövsümün ikinci yarısına Bakıda hazırlaşan 5 klubun iştirakı ilə keçirilən "CBC Sport Kuboku" davam edir.
Sport7.az xəbər verir ki, sözügedən turnirin ciddi bir əhəmiyyəti olmasa da, bəziləri bu yarışdan öz məqsədləri üçün istifadə edir.
Əldə etdiyimiz özəl məlumata görə, iki klubun iştirakı ilə keçirilən qarşılaşma qumara qoyulub. Söhbət "Neftçala" - "Şərurspor" matçından gedir. Qarşılaşmanın heç-heçə başa çatması əvvəlcədən razılaşdırılıb. Onu da bildirək ki, xarici bukmeker kontorlarında, o cümlədən "bet365" mərc şirkətində "CBC Sport Kuboku"nun oyunları mərc proqramına daxil edilir. Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Onu da bildirək ki, danışıqlarda konkret olaraq kimlərin iştirak etdiyi də bizə məlumdu. Sadəcə, bir neçə dəqiqləşdirməli məqam var ki, bu barədə də oxucularımıza məlumat verəcəyik.
Xatırladaq ki, "Neftçala" - "Şərurspor" matçı 2:2 hesabı ilə başa çatıb. Oyunda hesabı açan tərəf divizionun debütantı "Şərurspor" olub. 33-cü dəqiqədə Rəhman Musayev fərqlənib. Bundan 10 dəqiqə sonra Akşin Muxtaroğlu oyunda tarazlığı bərpa edib 1-1. 86-cı diqəqədə isə Rəhman Hacıyev yenidən "Şərurspor"u hesabda önə çıxarıb. Maraqlıdı ki, bundan 2 dəqiqə sonra Anar Babayev yenidən hesabı bərabərləşdirib - 2:2.
Qeyd edək ki, divizionda daha bir oyun alqı-satqısı ilə bağlı məlumatı əldə etmişik. Bu barədə də araşdırmalar davam edir.