Nurməhəmmədov - Qetji döyüşü azarkeşsiz keçiriləcək

13-09-2020, 17:56           
Nurməhəmmədov - Qetji döyüşü azarkeşsiz keçiriləcək
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Castin Qetji arasında döyüş azarkeşsiz keçiriləcək.

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə Nurməhəmmədov Moskvada döyüş sənətləri forumunda onlayn-konfrans zamanı bildirib.

"Yarış qapalı olacaq, azarkeşlər olmayacaq. Ona görə əzizlərim məni səhnə arxasında gözləyəcəklər - mehmanxanada", - Nurməhəmmədov deyib.

Təkbətək döyüş UFC 254 turniri çərçivəsində 24 oktyabrda "Döyüş adası"nda (Əbu-Dabi, BƏƏ) keçiriləcək. 31 yaşlı Nurməhəmmədov hazırda Dubaydadır, o, döyüşə hazırlığını davam etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru