"Qarabağ" və "Molde"nin start heyətləri açıqlandı

16-09-2020, 21:01           
"Qarabağ" və "Molde"nin start heyətləri açıqlandı
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinda keçiriləcək "Qarabağ" - "Molde" (Norveç) oyunu üçün start heyətləri açıqlanıb.

"Report" xəbər verir ki, Azərbaycan komandası meydana Xayme Romerosuz çıxacaq. İspaniyalı yarımmüdafiəçi zədə üzündən oynamayacaq. Əvəzində Azərbaycan Premyer Liqasının II turunda "Keşlə" ilə qolsuz bərabərliklə yekunlaşmış görüş zamanı ayağı burxulan Mahir Emreli sıraya dönüb və o, ilk "11-lik"də yer alacaq.

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Ovusu Kvabena, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 77. Donald Gerye, 19. Filip Ozobiç, 11. Mahir Emreli

Ehtiyat oyunçular: 12. Emil Balayev, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev

Baş məşqçi: Qurban Qurbanov

"Molde": 1. Andeas Linde, 6. Stien Qreqersen, 11. Martin Ellingsen, 20. Henri Vinqo, 28. Kristoffer Haugen, 16. Etzaz Hussain, 17. Fredrik Aursnes, 14. Erlinq Knudtzon, 7. Maqnus Eykrem, 19. Erik Hestad, 10. Leke Ceyms

Ehtiyat oyunçular: 12. Alexandro Kraninks, 5. Şeriff Sinyan, 15. Tobias Kristensen, 22. Ola Brünhildsen, 27. Markus Pedersen, 30. Mathis Bolli, 99. Ohi Omoyjuanfo

Baş məşqçi: Erlinq Moe

Qeyd edək ki, bu gün Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru