Çempionlar Liqası: Pley-off cütləri məlum oldu

17-09-2020, 02:50           
Çempionlar Liqası:
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub. "Report"un məlumatına görə, bununla da pley-offa yüksələn daha 5 komandanın adına aydınlıq gəlib.

"Omoniya" (Kipr), "Ferentsvaroş" (Macarıstan), "Makkabi" (Təl-Əviv, İsrail), "Molde" (Norveç) və "Midtüllan" (Danimarka) klubları rəqiblərinı qalib gələrək, növbəti raunda vəsiqə qazanıblar.

16 sentyabr

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi

19:00. "Omoniya" (Kipr) - "Srvena Zvezda" (Serbiya) - 1:1 (PENALTİLƏRLƏ - 4:2)

Qollar: Mixael Lüftner, 31 - Mirko İvaniç, 45+1

21:00. "Ferentsvaroş" (Macarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:1

Qollar: Gergö Lovrençiç, 2, Mürto Uzuni, 65 - Amer Qoyak, 23

21:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Dinamo" (Brest, Belarus) - 1:0

Qol: Dan Biton, 50 (pen.)

21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) - 0:0 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 5:6)

22:30. “Midtüllann” (Danimarka) - “Yanq Boyz” (İsveçrə) - 3:0

Qollar: Fabian Lustenberger, 51 (avtoqol), Anders Dreyer, 62, Aver Mabil, 84

Qeyd edək ki, bu raundun ilk matçları 22-23 sentyabrda, cavab qarşılaşmaları isə 29-30 sentyabrda oynanılacaq.

Pley-off mərhələsinin cütlükləri

Çempionlar Yolu

“Slaviya” (Praqa, Çexiya) - “Midtüllann” (Danimarka)
“Makkabi” (Təl-Əviv, İsrail) - “Zaltsburq” (Avstriya)
“Olimpiakos” (Yunanıstan) - “Omoniya” (Kipr)
“Molde” (Norveç) - “Ferentsvaroş” (Macarıstan)

Liqa Yolu

“Krasnodar” (Rusiya) - PAOK (Yunanıstan)
“Gent” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru