"Qalatasaray" Türkiyədə yeni nailiyyətə imza atdı

18-09-2020, 00:21           
"Qalatasaray" Türkiyədə yeni nailiyyətə imza atdı
"Qalatasaray" klubu avrokuboklarda 100 qələbə həddinə çatan ilk Türkiyə komandası olub. "Report"un məlumatına görə, "sarı-qırmızılar" buna Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"ni Bakıda 3:1 hesabı ilə yenərək, nail olublar. "Cimb-Bom" həm də səfərdə 20 oyunluq qələbə həsrətinə son qoyub.

Ümumiyyətlə, "Qalatasaray" avrokuboklarda 286 matça çıxıb. "Sarı-qırmızılar"ın 100 qələbədən əlavə, 111 məğlubiyyəti və 75 heç-heçəsi var. İstanbul komandası 380 qol vurub, 429 top buraxıb.

Bütün bunlarla yanaşı, "Qalatasaray"ın aktivində 2000-ci ildə Fatih Terimin rəhbərliyi altında qazandığı UEFA Kuboku və Mirça Luçesku ilə əldə etdiyi Superkubok da var.

"Qalatasaray" avrokuboklarda (oyun, qələbə, heç-heçə, məğlubiyyət, vurulan top, buraxılan top)

Çempionlar Kuboku 35 12 8 15 42 53
Çempionlar Liqası 116 28 29 59 112 197
Çempionlar Liqasının təsnifat mərhələsi 24 17 6 1 59 22
Kuboklar Kuboku 32 12 7 13 42 55
UEFA Kuboku / Avropa Liqası 78 30 25 23 123 101
UEFA Super Kuboku 1 1 0 0 2 1
CƏMİ












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru