UEFA reytinqi: Rumıniya yenidən Azərbaycanı keçdi

18-09-2020, 01:16           
UEFA reytinqi: Rumıniya yenidən Azərbaycanı keçdi
Azərbaycan UEFA-nın əmsallar cədvəlində yenidən bir pillə geriləyib.

"Report"un məlumatına görə, bu, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunlarından sonra baş verib. "Neftçi"nin Bakıda Türkiyə "Qalatasaray"ına 1:3 hesabı ilə uduzması səbəbində aktivinə cəmi 0,125 xal yazdıra bilib.

Əvəzində "Styaua" Serbiyada "Baçka Topola" ilə görüşün əlavə vaxtında 6:6 hesablı heç-heçə etməklə, Rumıniyaya daha 0.250 xal qazandırıb. Bununla da xalını 16.325-ə çatdıran Rumıniya 25-ci pilləyə yüksəlib. 16.250 xala malik Azərbaycan isə 26-cı yerə enib.

Qeyd edək ki, hazırda Rumıniyanın 2 ("Styaua" və ÇFR), Azərbaycanın 1 ("Qarabağ") təmsilçisi avrokuboklarda mübarizəni davam etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru