Azərbaycanlı hakim Avroliqa matçını idarə edəcək

20-09-2020, 15:10           
Azərbaycanlı hakim Avroliqa matçını idarə edəcək
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev bu mövsüm UEFA-dan ilk təyinatını alıb.

Axar.az xəbər verir ki, 33 yaşlı hakimimiz sentyabrın 24-də Rumıniyanın “Styaua” və Çexiyanın “Slovan” (Liberets) komandaları arasındakı Avropa Liqasının III təsnifat mərhələsinin oyununu idarə edəcək.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, Orkhan Məmmədov isə dördüncü hakim qismində yardımçı olacaq.

Qeyd edək ki, Curcu şəhərindəki Marin Anastasoviçi adına stadionda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru