"Qalatasaray" çempionu məğlub etdi

21-09-2020, 00:03           
"Qalatasaray" çempionu məğlub etdi
Türkiyə Super Liqasında II turun mərkəzi görüşü çempion “Başakşehir”lə “Qalatasaray” komandaları arasında keçirilib.

KONKRET.az-ın məlumatına görə, görüş “sarı-qırmızılar”ın qələbəsi ilə yekunlaşıb – 2:0. Qolları 14-cü dəqiqədə Radamel Falkao, 76-cı dəqiqədə isə Yunes Belhanda vurub. Bununla da “Cim-Bom” 6 matçlıq fasilədən sonra çempionatda qalib gəlməyi bacarıb.

Bu qələbə sayəsində “Qalatasaray” xallarını 6-ya yüksəldib. İkinci matçından da məğlubiyyətlə ayrılan “Başakşehir” isə son pillələrdə qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru