Çempionlar Liqası: Bu gün pley-off mərhələsi başlayır

22-09-2020, 07:41           
Çempionlar Liqası:
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.

"Report" xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçiriləcək. Təsnifat mərhələlərindən fərqli olaraq, bu raundun qalibləri iki oyunun nəticələrinə əsasən müəyyənləşəcək.

Cavab görüşlərindən sonra qrup mərhələsinə son 6 vəsiqənin sahibi bəlli olacaq. Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İlk oyun günündə Rusiyanın "Krasnodar" komandası Yunanıstan PAOK-unu, İsrailin “Makkabi” (Təl-Əviv) klubu Avstriya "Zaltsburq"unu, Çexiya "Slaviya"sı isə Danimarka "Midtüllann"ını qəbul edəcək. Bu duellərin cavab matçı sentyabrın 30-də baş tutacaq.

22 sentyabr

Çempionlar Liqası

Pley-off, ilk oyunlar

23:00. “Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan)

23:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Zaltsburq” (Avstriya)

23:00. “Slaviya” (Çexiya) - “Midtüllann” (Danimarka)

Qeyd edək ki, pley off mərhələsinin digər 3 qarşılaşması sentyabrın 23-də olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru