"Leyton Oriyent" - "Tottenhem" oyunu baş tutmayacaq

23-09-2020, 00:00           
"Leyton Oriyent" - "Tottenhem" oyunu baş tutmayacaq
İngiltərə Liqa Kubokunda bu günə nəzərdə tutulan "Leyton Oriyent" - "Tottenhem" oyunu baş tutmayacaq.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, buna meydan sahibi komandanın futbolçuları arasında koronavirusa kütləvi yoluxma halı səbəb olub.

İddiaya görə, aşağı liqa təmsilçisinin 10-dan çox oyunçusunda infeksiya aşkarlandığı üçün görüş ləğv olunub.

Premyer Liqadakı sıx qrafik səbəbindən matçın başqa tarixə keçirilməsi mümkün olmadığından "Leyton Oriyent"ə texniki məğlubiyyət veriləcəyi, "Tottenhem"in isə növbəti mərhələyə adlayacağı gözlənilir.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürməli idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru