Çempionlar Liqası: Bu gün pley-off mərhələsinin daha üç oyunu keçiriləcək

23-09-2020, 08:35           
Çempionlar Liqası: Bu gün pley-off mərhələsinin daha üç oyunu keçiriləcək
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçlarından daha 3-ü keçiriləcək.

"Report"un məlumatına görə, III təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ı penaltilər seriyası ilə mübarizədən kənarlaşdırmış Norveç "Molde"si Macarıstanın "Ferentsvaroş" komandasını qəbul edəcək.

Gözlənilmədən pley-offa vəsiqə qazanan Kiprin "Omoniya" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. Belçika təmsilçisi "Gent" isə Ukraynanın "Dinamo" (Kiyev) komandasını qəbul edəcək.

23 sentyabr

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

İlk oyunlar

23:00. “Olimpiakos” (Yunanıstan) - “Omoniya” (Kipr)

23:00. “Molde” (Norveç) - “Ferensvaroş” (Macarıstan)

23:00. “Gent” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna)

Bu qarşılaşmaların cavab görüşləri sentyabrın 29-da gerçəkləşəcək.

Qeyd edək ki, ilk oyun günündə "Krasnodar" Rusiyada Yunanıstan PAOK-unu, Avstriya "Zaltsburq"u İsrailin paytaxtı Təl-Əvivdə "Makkabi"ni 2:1 hesabı ilə yenib. "Slaviya" isə Çexiyanın paytaxtı Praqada Danimarka "Midtüllann"ı ilə qolsuz heç-heçə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru