Avropa Liqası: III təsnifat mərhələsi bir oyunla başlayacaq

23-09-2020, 08:36           
Avropa Liqası: III təsnifat mərhələsi bir oyunla başlayacaq
Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinə start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Kiprdə "Apollon" klubu Polşa "Lex"ini qəbul edəcək. Cütün taleyi bir oyundan ibarət olduğu üçün qalib tərəf pley-off mərhələsinə yüksələcək.

Cütün qalibi növbəti raundda "Şarlerua" (Belçika) / "Partizan" (Serbiya) duelinin güclüsü ilə üz-üzə gələcək.

23 sentyabr

Avropa Liqası
III təsnifat mərhələsi

20:00. “Apollon” (Kipr) - “Lex” (Polşa)

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin digər oyunları sentyabrın 24-də gerçəkləşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru