Bakıdakı “Formula 1” yarışları ləğv olunacaq?

22-01-2016, 12:01           
Bakıdakı “Formula 1” yarışları ləğv olunacaq?
“Formula 1” yarışlarının Bakı mərhələsinin təşkilatçıları Azərbaycan paytaxtında iyun ayında keçirilməsi nəzərdə tutulan bu tədbirin neftin qiymətinin ucuzlaşması və manatın devalvasiyası üzündən ləğv ediləcəyi ehtimalını inkar edirlər.

“Manatın məzənnəsinin bu məsələyə aidiyyatı yoxdur, Belə ki, Avropa Qran-Prisinin büdcəsi dollarla hesablanıb. Buna görə də, nəzərdə tutulan xərclərdə dəyişiklik gözlənilmir”, - bir sıra xarici KİV nümayəndələrinin suallarını təşkilatçı şirkət olan “Baku City Circuit”in mətbuat xidməti belə cavablandırıb.

Bəzi xarici mətbuat orqanları, o cümlədən Reuters, ESPN, Motorsport.com və digərləri narahatlıqlarını bildirirlər ki, 17-19 iyun tarixlərinə nəzərdə tutulmuş Avropa Qran-Prisi baş tutmaya bilər.

“Biz milli valyutamızın devalvasiyası ilə əlaqədar narahatlığı bölüşürük və etiraf edirik ki, bu cür irimiqyaslı tədbirin keçirilməsi böyük xərclər tələb edir. Lakin bir daha qeyd etmək istəyirik ki, “Formula 1” yarışlarının təşkili milli iqtisadiyyata həm yaxın, həm də uzaq perspektivdə böyük fayda gətirəcək”, - mətbuat xidmətinin məlumatında belə deyilir.

Məlumatda vurğulanır ki, Avropa Qran-Prisi Azərbaycana turist axınını gücləndirəcək, ölkə iqtisadiyyatı milyonlarla gəlir əldə edəcək. Bundan əlavə, yarışlara bilavasitə və dolayı yolla əlaqəsi olan minlərlə yeni iş yerinin açılacağı da məlumatda əksini tapıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.