"Arsenal" İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsinə yüksəldi

24-09-2020, 01:51           
"Arsenal" İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsinə yüksəldi
Londonun "Arsenal" klubu İngiltərə Liqa Kubokunun 1/16 finalında "Lester"i 2:0 hesabı ilə məğlub etdi.

Trend TASS-a istinadən xəbər verir ki, görüş "King Power" stadionunda keçirilib.

57-ci dəqiqədə "Lester"in müdafiəçisi Kristian Fuks öz qapısına avtoqol keçirib, digər qolu "Arsenal"ın hücumçusu Edvard Ntekia (90) vurub.

Turnirin 1/16 final mərhələsinin digərmatçında "Çelsi" 6:0 hesabı ilə ölkənin ikinci güclü divizionunda çıxış edən "Barnsli"ni məğlub etdi.

Liqa Kubokunun 1/8 finalına həmçinin "Bernli", "Brayton", "Stok Sity", "Fulxem", "Everton" və "Nyukasl" komandaları keçid qazanıb.

İngiltərə Liqa Kuboku 1960-cı ildən keçirilir. Turnirin hazırkı qalibi "Mançester Siti"dir, kubok sahibliyi üzrə rekordu isə "Liverpul" saxlayır (8). "Arsenal" bu kuboku iki dəfə qazanıb, komanda altı dəfə finala yüksəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru