Avropa Liqası: "Qalatasaray" qalib gəldi, "Beşiktaş"la "Alanyaspor" isə məğlub oldu

25-09-2020, 00:28           
Avropa Liqası: "Qalatasaray" qalib gəldi, "Beşiktaş"la "Alanyaspor" isə məğlub oldu
Bu gün Türkiyənin “Qalatasaray” klubu UEFA Avropa Liqasında pley-off mərhələsinə yüksəlib.

Strateq.az xəbər verir ki, “Aslan”lar Xorvatiyanın “Hayduk” komandası ilə qarşılaşmadan qalib ayrılıb:- 2:0.

Oyunda hesabı 77-ci dəqiqədə Yunes Belhanda açıb. 86-cı dəqiqədə isə Rayan Babel yekun nəticəni müəyyənləşdirib.

Beləliklə, “Qalatasaray” pley-offda “Villem II” (Hollandiya) – “Reyncers” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Türkiyənin digər təmsilçilərinə gəldikdə, “Alanyaspor” Norveçin “Rusenborq” komandasına minimal hesabla uduzub – 0:1.

Bununla da türk klubu növbəti mərhələyə çıxa bilməyib.

“Beşiktaş” isə Portuqaliyanın “Riu Ave” komandası ilə görüşün əsas vaxtını 1:1 hesablı heç-heçə ilə bitirib.

“Qara qartallar”dan 15-ci dəqiqədə Güven Yalçın hesabı açsa da, Brunu Moreyra 85-ci dəqiqədə bərabərlik qolunu vurub. Əlavə vaxtda da hesab dəyişmədiyindən penaltilər seriyasına müraciət olunub. Bu bölümdə isə “Riu Ave” daha dəqiq olub – 4:2.

Bununla da “Qara Qartal” da avroliqa ilə vidalaşıb.

Penaltilərdə “Riu Ave” qalib olub – 4:2.

Bununla da “Qara Qartal” da avroliqa ilə vidalaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru