Bu gün "Neftçi" liderlik uğrunda oyuna çıxacaq

27-09-2020, 09:33           
Bu gün "Neftçi" liderlik uğrunda oyuna çıxacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun son oyunu keçiriləcək.

"Report"un məlumatına görə, "Neftçi" "Dalğa Arena"da "Qəbələ"ni qəbul edəcək. 3 oyuna 6 xal toplayan flaqman qələbə qazanacağı təqdirdə, vahid lider olacaq. 2 xalla sonuncu - 8-ci sıradakı "Qəbələ" isə autsayderlikdən xilas olmağa çalışacaq.

Komandalar indiyədək çempionatda 47 dəfə üz-üzə gəliblər. Bunların 22-də paytaxt, 16-da əyalət təmsilçisi meydanı 3 xalla tərk edib. Topların fərqində də "Neftçi" öndədir - 67:58.

Rəqiblərin Premyer Liqadakı son 4 duelində "Neftçi" qələbə qazanıb. "Ağ-qaralar" 12 görüşdə rəqibinə qol vura bilib.

"Qəbələ" oyuna itki ilə çıxacaq. Nikolas Raysel ötən tur "Keşlə" ilə görüşdə (0:0) ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. O, 1 matçlıq cəzasını "Neftçi" ilə qarşılaşmada çəkəcək.

Azərbaycan Premyer Liqası, IV tur

27 sentyabr (bazar)

19:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Dalğa Arena”

Qeyd edək ki, turun digər matçlarında "Səbail" evdə "Sabah"ı 2:1, "Zirə" səfərdə "Keşlə"ni 3:2 hesabı ilə məğlub edib. "Sumqayıt" - "Qarabağ" matçında qalib müəyyənləşməyib - 2:2.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru