“Mərkəz hücumçunuz olmadan da oynaya bilərsiniz” - Kuman

28-09-2020, 10:18           
“Mərkəz hücumçunuz olmadan da oynaya bilərsiniz” - Kuman
“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın 3-cü turunda “Vilyareal”a 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra komandasının oyunu haqda danışıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis “Atletiko” ilə 2 illik müqavilə imzalayan Luis Suaresin yoxluğunun Kataloniya klubu üçün problem yaratmadığını bildirib:

“Antuan Qrizman və Lionel Messi oyun mövqelərini dəyişə bilər. Bu zaman rəqiblər üçün daha çətin olacaq. Mən onların çıxışından məmnunam.

Suaresin gedişinə gəlincə, yeni bir hücumçu yeni oyun planını nəzərdən keçirmək komandaya zərər verməyəcək. Amma mərkəz hücumçunuz olmadan da yaxşı çıxış edə bilərsiniz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru