Özil "Arsenal"dan 13 milyon istəyir

10-10-2020, 00:14           
Özil "Arsenal"dan 13 milyon istəyir
"Arsenal" futbolçusu Məsut Özillə yolları ayırmaq istəyir.

Qol.az "Daily Mail"ə istinadən xəbər verir ki, London təmsilçisi son həftələrdə 31 yaşlı yarımmüdafiəçi ilə müqaviləni ləğv etmək üçün danışıqlar aparsa da, buna müvəffəq olmayıb. "Arsenal"ın türkəsilli alman oyunçu ilə danışıqlara davam edəcəyi bildirilib.

Nəşr yazıb ki, Məsut 2021-ci ilin yayında başa çatacaq müqavilənin erkən ləğvi üçün klubdan 13 milyon funt sterlinq istəyir. Bu isə müqavilə qüvvədə olacağı müddətdə ona çatacaq məbləğdir.

Qeyd edək ki, M.Özil mart ayından matçlarda iştirak etmir. "Arsenal" onu Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsinə daxil etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru