Kriştianu Ronaldu koronavirusa yoluxdu

13-10-2020, 19:24           
Kriştianu Ronaldu koronavirusa yoluxdu
İtaliyanın “Yuventus” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu koronavirusa yoluxub.

Gununsesi.info xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb. 35 yaşlı hücumçunun testi müsbət nəticə verib. Təcrübəli forvard karantinə alınıb.

Beləliklə, Ronaldu sabah Millətlər Liqasında İsveçlə matçı buraxacaq.

Qeyd edək ki, Kriştianu Ronaldu A Seriyasının növbəti turunda “Krotone” (17 oktyabr) və UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda Ukrayna “Dinamo”su (Kiyev) ilə görüşdə iştirak edə bilməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru