Argentina DÇ-2022-nin seçmə mərhələsində Boliviyaya qalib gəlib

14-10-2020, 07:08           
Argentina DÇ-2022-nin seçmə mərhələsində Boliviyaya qalib gəlib
Argentina yığması 2022-ci ilin futbol üzrə dünya çempionatının seçmə matçında Boliviya milli komandası üzərində qələbə qazanıb.

"Report" xəbər verir ki, La-Pasda keçirilən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesabı Boliviya yığması açıb. Matçın 24-cü dəqiqəsində Marselo Moreno fərqlənib.

Argentina yığmasının qələbə qollarını 45-ci dəqiqədə Lautaro Martines və 79-cu dəqiqədə Xoakin Korrea vurublar.

Argentina komandasının növbəti rəqibi Paraqvay yığması olacaq, Boliviya isə Ekvador seçməsi ilə qarşılaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru