Türkiyə Serbiya ilə matçda geridönüş etməyi bacardı
15-10-2020, 02:05
Millətlər Liqasının 4-cü turunda Türkiyə yığması öz meydanında Serbiya millisini qəbul edib.
Yenisabah.az xəbər verir ki, qardaş ölkənin milli komandası serblərlə matçda 0:2 geriyə düşüb. Ay-ulduzlular hesabı bərabərləşdirib 1 xal qazana biliblər.