"Barselona" Kumanın rəhbərliyi altında ilk məğlubiyyətini alıb

18-10-2020, 07:35           
"Barselona" Kumanın rəhbərliyi altında ilk məğlubiyyətini alıb
İspaniya La Liqasının altıncı turu çərçivəsində "Hetafe" "Barselona"nı qəbul edib.

Trend-in məlumatına görə, oyun meydan sahibinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 56-cı dəqiqədə Hayme Mata vurub.

Beləliklə, "Barselona" yeni baş məşqçisi Ronald Kumanın (iki qələbə, bir heç-heçə) rəhbərliyi altında ilk məğlubiyyətini alıb.

Qeyd edək ki, növbəti turda (oktyabrın 24-ü) "Barselona" öz meydanında Madrid "Real"ını qəbul edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.