“Real Sosyedad” La Liqada liderliyi ələ keçirib

19-10-2020, 02:50           
“Real Sosyedad” La Liqada liderliyi ələ keçirib
İspaniya La Liqasında VI tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, son oyun günündə 6 qarşılaşma baş tutub.

“Valensiya” üzərində qələbə qazanan “Vilyarreal” xal hesabını 11-ə çatdırıb. “Atletik” “Levante”ni, “Elçe” “Alaves”i iki cavabsız qolla üstələyib.

“Eybar”la “Osasuna” qolsuz ayrılıb. 4 qolun vurulduğu “Ueska” – “Valyadolid” görüşündə də qalib müəyyənləşməyib. Turun son matçında “Betis” “Real Sosyedad”a uduzub. Bu, sonuncuların liderliyi ələ keçirməsi ilə nəticələnib.

Qeyd edək ki, növbəti turun oyunları oktyabrın 23-27-də keçiriləcək.

İspaniya La Liqası
VI tur
18 oktyabr
“Eybar” – “Osasuna” – 0:0
“Atletik” – “Levante” – 2:0
Berenquer, 58, Uilyams, 69
“Vilyarreal” – “Valensiya” – 2:1
Alkaser, 6 (pen.), Parexo, 69 – Qedeş, 37
“Alaves” – “Elçe” – 0:2
Milla, 39, Morante, 86
“Ueska” – “Valyadolid” – 2:2
Mir, 52, Ramires, 56 – Qonzales, 35, Rubio, 51 (pen.)
“Betis” – “Real Sosyedad” – 0:3
Portu, 43, Oyarzabal, 74, Yanuzay, 89












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru