Həbib onunla döyüşün şərtini açıqladı 20-10-2020, 00:17 ABŞ döyüşçüsü Toni Ferqyuson UFC çempionu Həbib Nurməhəmmədovla döyüşmək istəyirsə, TOP-5-dəki döyüşçülərdən birini məğlub etməlidir.Axar.az xəbər verir ki, bu barədə rusiyalı idmançı özü İnstaqram hesabında bildirib."Ferqyuson belə bir şans qazanmışdı, lakin o öz döyüşünü uduzdu. Bu şansı qazanmaq üçün mübarizə aparmaq lazımdır", - Həbib qeyd edib. Facebook-da paylaş