Azərbaycanda UEFA bayrağı altında oyunların keçirilməsinə qadağa qoyuldu

21-10-2020, 07:33           
Azərbaycanda UEFA bayrağı altında oyunların keçirilməsinə qadağa qoyuldu
Azərbaycan və Ermənistanda UEFA bayrağı altında oyunların keçirilməsinə qadağa qoyulub.

Teleqraf.com xəbər verir ki, bu barədə qərarı UEFA-nın İcraiyyə Komitəsi verib.

Qurum Dağlıq Qarabağda yaranmış vəziyyətlə əlaqədar bu addımı atıb. Hər iki ölkə təmsilçilərinin qeyri-müəyyən müddətə qədər evdə oynamaması qərara alınıb.

Bu addım atılarkən vəziyyəti təhlil edən UEFA Avropa Liqasının pley-off matçları və Millətlər Liqasının ilk iki turundakı görüşlərin yerinin dəyişdirilməsini də nəzərə alıb. Bu qadağa növbəti qərar verilənədək qüvvədə olacaq.

Azərbaycan və Ermənistan federasiyalarına növbəti ev oyunlarına qədər bu matçların keçirilməsi üçün alternativ variantları təklif etməlidir. Vəziyyətə nəzarət edən UEFA-nın bu qərarı AVRO-2020-nin gələn ilin yayında baş tutacaq final mərhələsi oyunlarının Bakıda keçirilməsinin planlaşdırılmasına təsir etmir.

Hazırkı qərara əsasən, “Qarabağ” Avropa Liqasının qrupunda “Vilyarreal”, “Sivasspor” və “Makkabi” (Təl-Əviv), Azərbaycan yığması Millətlər Liqasında Monteneqro ilə ölkə xaricində qarşılaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru