Çempionlar Liqasında ilk tur sürprizlər və darmadağınlarla bitdi

22-10-2020, 04:47           
Çempionlar Liqasında ilk tur sürprizlər və darmadağınlarla bitdi
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub.

Yenisabah.az xəbər verir ki, turda maraqlı nəticələr qeydə alınıb. Turnirin son qalibi “Bavariya” Almaniyada “Atletiko” ilə görüşüb və rəqibini darmadağınla yola salıb - 4:0.

Çempionlar Liqasının ən titullu komandası “Real” Madriddə “Şaxtyor”la qarşılaşıb. İlk hissədə 3 qapısında 3 qol görən madridlilər sonradan 2 dəfə rəqib qapısına yol tapsalar da məğlubiyyətdən qaça bilməyiblər.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

21 oktyabr

A qrupu

20:55. “Zalsburq” (Avstriya) – “Lokomotiv” (Moskva, Rusiya) - 2:2

Şoboşlay, 45, Yunuzoviç, 50 - Eder, 19, Lisakoviç, 75

23:00. “Bavariya” (Almaniya) – “Atletiko” (İspaniya) - 4:0

Kuman, 28, 77, Qoretska, 41, Tolisso, 66

B qrupu

20:55. “Real” (İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna) - 2:3

Modriç. 54, Junior Vinisius, 59 - Tete, 29, Varan, 33 (avtoqol), Solomon, 42

23:00. “İnter” (İtaliya) – “Borussiya” (Mönhenqladbax, Almaniya) - 2:2

Lukaku, 49, 90 - Bensebaoni, 63, Hofmann, 84

C qrupu

23:00. “Mançester Siti” (İngiltərə) – “Porto” (Portuqaliya) - 3:1

Aquero, 21 (pen), Gündoğan, 65, Torres, 73 - Luis Dias, 14

23:00. “Olimpiakos” (Yunanıstan) – “Marsel” (Fransa) - 1:0

Koka, 90+1

D qrupu

23:00. “Ayaks” (Niderland) – “Liverpul” (İngiltərə) - 0:1

Taqliafiko, 35 (avtoqol)

23:00. “Midtülland” (Danimarka) – “Atalanta” (İtaliya) - 0:4

Zapata, 26, Qomes, 36, Muriel, 42, Mirançuk, 89












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru