Orxan Səfərov bürünc medal qazanıb əsgər salamı verdi

23-10-2020, 22:49           
Orxan Səfərov bürünc medal qazanıb əsgər salamı verdi
Azərbaycanın cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində bürünc medal uğrunda görüşə çıxıb.

Teref.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda Özbəkistan təmsilçisi Sardor Nurillayevlə üz-üzə gəlib.

Qarşılaşmadan qalib ayrılan Səfərov bürünc medal qazanıb. Cüdoçu qələbənin ardından əsgər salamı verib.

Qeyd edək ki, Böyük Dəbilqəyə oktyabrın 25-də yekun vurulacaq. Azərbaycan yarışda 17 cüdoçu ilə təmsil olunur.

/Report












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.