“Real Sosyedad” La Liqada liderliyə yüksəlib

26-10-2020, 02:17           
“Real Sosyedad” La Liqada liderliyə yüksəlib
İspaniya La Liqasında VII turun daha bir neçə oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Vilyarreal” növbəti matçına çıxıb.

Unay Emerinin yetirmələri Azərbaycan çempionu ilə qarşılaşma öncəsi “Kadis”in qonağı olub. Qonaqlar üstün çıxış etməsinə baxmayaraq, qolsuz bərabərliklə kifayətləniblər.

Yüksək yerlərə iddia edən “Xetafe” ilə “Qranada”nın görüşündə 1 qol həlledici olub. Fasilə ərəfəsində penalti ilə hesabı açan “Qranada” aktivinə 3 xal yazdırıb.

İlk “üçlük”də möhkəmlənmək istəyən “Real Sosyedad” isə “Ueska”nı böyük hesabla üstələyərək liderliyə yüksəlib.

Tura oktyabrın 26-da “Levante” – “Selta” (00:00) oyunu ilə yekun vurulacaq.

İspaniya La Liqası
VII tur
25 oktyabr
“Valyadolid” – “Alaves” – 0:2
Pina, 55, Sainz, 85
“Kadis” – “Vilyarreal” – 0:0
“Xetafe” – “Qranada” – 0:1
Montoro, 45+2 (pen.)
“Real Sosyedad” – “Ueska” – 4:1
Oyarzabal, 35 (pen.), 54, Portu, 69, İsak, 75 – Mir, 46












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru