“Yuventus” Turində büdrəyib

26-10-2020, 03:20           
“Yuventus” Turində büdrəyib

İtaliya A seriyasında V tur 5 oyunla davam edib.

Apasport.az saytının məlumatına görə, ilk “dördlüy”ü hədəfləyən “Napoli” səfər matçına çıxıb.

Neapol təmsilçisi “Benevento”nun qonağı olub. Qarşılaşmada hesabı meydan sahibləri açsa da, Cennaro Qattuzonun yetirmələri ikinci hissə qolları sayəsində əzmkar qalibiyyətə sevinib.

Mövsümə uğursuz başlayan “Fiorentina” 5 qolun vurulduğu görüşdə öz meydanında “Udineze”dən güclü olub.

Son çempion “Yuventus” Turində qəbul etdiyi “Verona”nın müqavimətini qıra bilməyib və 1 xala sevinib.

Qeyd edək ki, turun son matçı oktyabrın 26-da (23:45. “Milan” – “Roma”) keçiriləcək.

İtaliya A seriyası
V tur
25 oiktyabr
“Kalyari” – “Krotone” – 4:2
Likogiannis, 25, Simeone, 35, Sottil, 45, Joao Pedro, 84 – Messias, 21, Molina, 43
“Benevento” – “Napoli” – 1:2
Roberto İnsinye, 30 – Lorenzo İnsinye, 60, Petanya, 67
“Parma” – “Spezia” – 2:2
Qaqlyolo, 34, Kuçka, 90+2 (pen.) – Çabot, 28, Aqudelo, 31
“Fiorentina” – “Udineze” – 3:2
Kastrovili, 11, 51, Milenkoviç, 21 – Okaka, 43, 86
“Yuventus” – “Verona” – 1:1
Kulusevski, 78 – Favalli, 60












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru