PEŞƏKAR BOKSÇU FARİZ MƏMMƏDOVU DÖYÜŞƏ ÇAĞIRDI – “ONDAN CAVAB GÖZLƏYİRƏM!”
26-01-2016, 13:09
Onu Azərbaycanda çox tanımırlar, ancaq özünə çox arxayın olan idmançı təəssüratı bağışlayır.
Ağali Alışov əslən Naxçıvan MR-dən olsa da, boksun sirlərinə Rusiyada yiyələnib. Peşəkar boks versiyasında ilk azərbaycanlı Avropa çempionudur. Uzun müddət Ukraynada təlim məşq keçərək yarışlara çıxıb və Azərbaycanın adını layiqincə təmsil edib. Ancaq məlum siyasi səbəblər ücbatından Ukraynada yaranan ağır vəziyyətlə bağlı maliyyə problemi meydana çıxıb.
Boksçunun dediyinə görə, böyük ümidlə Vətənə dönüb və özünə burda sponsor axtarmağa başlayıb. Təəssüflər olsun ki, bu cür perspektivli idmançıya ölkəmizdə dəstək verən tapılmayıb. Müraciət etdiyi bütün qurumlarda qapıları üzünə bağlayıblar. Ağali Alışovula bağlı apardığımız araşdırma nəticəsində müəyyən etdik ki, o, eyni zamanda çox vətənpərvər insandır. Moskvada təhsil aldığı ali məktəbdə keçirilən tədbirlərdən birində, ermənilərin qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını qaldırmalarına dözə bilməyən gənc idmançının həmin bayrağı cırması özünün güllələnməsi ilə nəticələnib. Həmin vaxt ölkə Prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyeva idmançıya böyük dəstək verərək, onun müalicəsini və bir neçə yarışının xərclərini öz üzərinə götürüb.
Ağalı Alışov eyni zamanda sosial şəbəkələrdə olduqca fəaldır. Bu yaxınlarda ağır xəstəlikdə əziyyət çəkən azərbaycanlı peşəkar bokusçu Emin Bakinskinin müalicəsinə dəstək məqsədilə kampaniyaya start vermişdi və ilkin addınm kimi öz çempion kəmərini satışa çıxarmışdı.
Bir müddət əvvəl isə, öz Feysbuk səhifəsində belə bir status paylaşıb:
"Dünya çempionu olmaq mənim üçün çətin deyil. Əminəm ki, buna tam gücüm çatar, ancaq bəzi səbəblərdən və ən başlıcası, maliyyə problemləri ücbatından bu istəyimi rellaşdıra bilmirəm. Dünya çempionu olacaq istənilən şəxslə döyüş keçirməyə hazıram. Bax, onda sübut edərəm ki, mən ən güclüyəm!”
Məlumdur ki, 06.02.2016-cı il tarixdə Azərbaycanın digər tanınmış peşəkar boksçusu Fariz Məmmədov Bakıda dünya çempionu titulu uğrunda döyüş keçirməyə hazırlaşır. Elə bu maraqla da Ağali Alışova müraciət etdik. Fariz Məmmədov dünya çempionu adını qazanarsa, onunla vuruşmağa hazırsınızmı?
Ağali Alışovun cavabı belə oldu ki, çempion özünün güclü olduğunu sözdə deyil, döyüşlərdə sübut edir:
"Bəli, ilk dünya çempionu adına layiq olduğumu mən öz yazılarımda qeyd etmişəm. Boks mənim həyatımın yarısıdır, mən bunu dəfələrlə qeyd etmişəm və bu gün də yenidən bəyan edirəm ki, mənim karyeramda olan geriləmənin səbəbi sırf maliyyə probleminə bağlı olan məsələdir. Keçək Fariz Məmmədovun fevralın 6-sındakı döyünə. Həmin döyüş 69 kq çəki dərəcəsində dünya çempionluğu statusunu daşıyır. Əgər, həmin döyüşdə Fariz Məmmədov qələbə qazanarsa, onunla razılaşıb, ortaq bir çəkidə döyüşə bilərik. Mənim hazrkı çəkim Farizdən aşağıdır, 63.500 kq da döyüşürəm.
Məncə, hamı üçün Azərbaycanın ilk Avropa çempionu ilə dünya çempionu arasındakı döyüşü seyr etmək olduqca maraqlı sayılardı. Fariz Məmmədovdan cavab gözləyirəm!”.(AZinforum.az)